Ağ, qara və yaşıl#

Əksəriyyətə məlum olduğu üzrə daltoniklər rəngləri ağ-qara görmür. Sadəcə onlara verilən şkalada bəzi rəngləri təyin edə bilmir. Bunu gözlərindəki piqmentlərin bizim normal adlandırdığımızdan fərqli olması ilə açıqlamaq olar.

Mantis kreveti daltonikdir?#

Ayı kreveti kimi də adlandırılmayan bir krevet növündən misal çəkmək zəruridir. Onun gözündən insanların çoxundan fərqi olaraq 3 yox 16-ya qədər piqment olur.

Günlərdən bir gün həmin krevet bir balıq1 tərəfindən rəng korluğu testinə tabe tutulur. Sizin də gözləmədiyin kimi həmin testin nəticəsində mantis daltonik adlandırılır.

Vəsilə#

Təxmin edəcəyiniz(?) kimi mantisin gördüyü 'rənglər' bir balıqdan çoxdur. Amma və lakin balıq bu testi öz görə bildiyi rəngələrə görə aparıb. Mantisə görə də həmin balıq daltonikdir.

Balıq qırmızı ilə yaşılın bir-birinə 'yaxın' olan rənginə cavab olaraq ikisindən birini gözləyir. Mantisə görə isə həmin rəng nə qırmızı, nə də yaşıl cavabı verilə biləcək bir rəngdir. Cavab C-dir.

Siz niyə rəng korusuz? (95,5 %)#

Bir 'daltonik'2 qırmızı ilə yaşılın oxşar çalarlarında onları fərqləndirə bilmədiyi üçün rəng koru adlandırılır. Maraqlı olan, bayaqkı krevet misalı kimi onlara qırmızı və yaşıl cavablarından birini seçmələri tələb olunur. Onlar isə cavab olaraq başqa bir rəng deməkdən çəkinirlər3.

Mövzunu belə ələ almaq lazımdır ki, insanların çoxunun daltonik olması gözlənilən deyil. Gözlənilən olan insanların böyük olmayan, minor, kiçik hissəsinin bir genetik fərqlilik göstərməsidir. Və belə də olur.

Qısaca gözündə 3 piqment olanların sayı çox olduğu üçün gözündə 3-dən çox piqment olanları rəng koru adlandırırlar.


  1. Sözü keçən balıq tertoxromatdır. 

  2. Daltonik deyə adlandırılan şəxs 

  3. Onlara qırmızı, yaşıl və mavidən başqa əsas rəng öyrədilmədiyi üçün məcburən həmin şkalada olmayan bir şeyin adını deyə bilmirlər.