N-ölçülü kainat təhlilləri#

Hamımız 4 ölçülü kainatı yaşayır və onun mexanikası ilə təcrübələnirik. Amma bekarlardan savayı heç kəs onun niyə belə olduğunu, fərqli olduğu təqdirdə nə ilə üzləşəcəyimizi və ya üzləşə bilərikmi kimi sualları vermir. Mən isə bekarların çiyninə düşən yükləri bir az belə olsa azaltmaq naminə bu gün onun haqqında fikir yürüdəcəm.

Ən əvvəldən başlayaq. İndi var olduğumuz kainatı 4 ölçülü adlandırırlar. Bunlardan 3-ü fəzanı, 1-i isə zamanı xarakterizə edir. Diqqəti ona çəkmək istəyirəm ki, bu 2 fenomen - Space-Time, bizim beynimizin (əslində, burada beynimizin bir günahı yoxdur) 4 ölçülü kainata öyrəşməsindən səbəblənərək var olan bir şeydir. Qısaca, Space-Time olduğunu bilirik. Amma Space-Time-dan əlavə bir X fenomenin olmadığını sübüt etdə bilmərik. Həmin X 'dimension'-ı (ölçü dedikdə düzgün anlaşılmır) var olsa belə, olmasa belə bizim anlayış biçimimizə kölgələnəcəyi üçün fərqində olmayacağıq. Və ya adında başqa bir şey deyəcəyik.

1 ölçülü kainat#

İndi isə 1 ölçülü kainat haqqında fərziyyə(əsaslandırılmamış mülahizə)lərimi dilə gətirmək istəyirəm: 1 ölçülü kainatın tam 1 fenomenə dayanan bir şey olduğunu düşünürəm. Yəni 1 ölçülü kainat 0.3 ölçülü zaman və 0.7 ölçülü fəzanın inteqrasiyası deyil. Bunu nəzərə alsaq, mümkün 3 hadisə var kimi görsənir:

  1. Yalnız 1 ölçülü zamandan ibarət olan kainat
  2. Yalnız 1 ölçülü fəzadan ibarət olan kainat
  3. Yalnız 1 ölçülü X-dən ibarət olan kainat

Birinci situasiyanı təsəvvür edək: Yalnız zamanın olduğu yerdə, zamanın davam etməsinin, axmasının bir mənası varmı? Yox. Çünki zaman elə bir məfhumdur ki, onun fərqini hiss etmək (onun olması) üçün nəyinsə dəyişməsi şərtdir. Odur ki, zamandan qeyri heç bir şeyin olmadığı yer mənasız bir boşluqdur. O boşluq ki, özündə heç nəyi ehtiva etmir: nə bir cisimi, nə də zamanın özünü1.

İkinci situasiyada isə birincidəkinə oxşar hadisə baş verir. Burada zamanın olmadığı 1 ölçülü fəzaya da eyni sualı ünvanlaya bilərik: Mənalısan? Təbiiki də, yox. Amma bir nüans var. Bu situasiya cansıxıcı kontekstində mənasızdır, lakin mövcudluğu mümkün ola bilər. Sadəcə özündə saxladığı cisimlər hərəkətsizdir. Hərəkət etmələri üçün onların zaman olan bir ölçüyə getmələri şərtdir. İndi isə belə bir sual ortaya çıxır. Bəs bu sistem necə yarandı? Açığı bu pəncərədən baxdıqda tutarlı bir görüş olmadığını deməliyəm. Ancaq sistemin var oluş səbəbi ilə maraqlanmasaq və əlimizdə olan sistem ilə maraqlansaq, hər şeyin yolunda getdiyini (getmədiyini) bilərik.

Üçüncü situasiya haqqında isə çox söz demək mümkün deyil. X-dən ibarət olan kainat üçün daxildəki hər bir şey X dərəcəsindən bir şeydir. bloatware.


  1. Paradoksal göründüyünün (olduğunun) fərqindəyəm.